Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zəncəfilin dəriyə faydası

Zəncəfilin dəriyə faydası

Tarix: 25 Fevral 2021 23:42

Gözəl dəri üçün zəncəfil!
Çox insan zəncəfilin faydalı xassələrinə qiymət verir. O, antiseptik, antioksidant, sakitləşdirici xassələrə malikdir. O çox faydalı ədviyyat olduğu içkilərə, xörəklərə əlavə edilir.
Zəncəfil bütün tip dərilər üçun istifadə oluna bilər.
DİQQƏT! Zəncəfil dərini yandıra bilər, buna görə onu təmiz halda dəriyə çəkmək olmaz.
Yağlı dəri üçün maska:
1çay qaşığı xırdalanmış (sürtkəcdən keçirilmiş) zəncəfil,1 çay qaşığı çobanyastığı dəmləməsi və ya bir neçə damcı limon şirəsi, 1 xörək qaşığı ağ gil yağı.
Problemli dəri üçün maska: Bu maska dərini qurudur, bakteriyaları öldürür, dərinin qıcıqlanmasını aradan götürür.
1 çay qaşığı zəncəfil, 1 çay qaşığı tünd yaşıl çay.
Ağardıcı maska:  Piqment ləkələrini ağardır, üzün rəngini hamarlaşdırır.

1 çay qaşığı zəncəfil, hər hansı sitruslu efir yağı, 1 çay qaşığı cəfəri dəmləməsi.
Tonuslandırıcı maska:  üzün rəngini yaxşılaşdırır, dərini dartır, təravətləndirir: 1 çay qaşığı zəncəfil, 1 çay qaşığı nar şirəsı.
Üzdəki ödemlərə (şişkinlik) qarşı effektiv maska:
1 çay qaşığı zəncəfil, 1çay qaşığı sürtkəcdən keçirilmiş alma və ya kartof.
Baş dərisi üçün maska: tüklərin çıxmasına kömək edir, saçı kəpəkdən təmizləyir, ona parlaqlıq verir.
Massay üçün krem: antisellülitli dərini dartır, portaqal dərini aradan qaldırır:

2 xörək qaşıgı zəncəfil, 1 xörək qaşığı portaqal şirəsi, 100qr zeytun yağı, 2 xörək qaşığı dəniz duzu və ya qəhvəyi şəkər.
Üz üçün maska

Milli.Az


Etiketlər:  Zəncəfilin dəriyə faydası


RƏYLƏR