Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Odnoklassniki sosial şəbəkəsi 4 milyon rubl məbləğində cərimələndi - SƏBƏB

Odnoklassniki sosial şəbəkəsi 4 milyon rubl məbləğində cərimələndi - SƏBƏB

Tarix: 9 Mart 2021 21:12

Dünya Məhkəməsi "Odnoklassniki" sosial şəbəkəsini 23 yanvarda keçirilən mitinqlərə edilən çağırışları silmədiyinə görə 4 milyon rubl cərimə edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Odnoklassniki rəhbərliyi məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, 20 yanvarda "Roskomnadzor" sosial şəbəkələrdən "yetkinlik yaşına çatmayanların qanunsuz hərəkətlərə cəlb edilməsinə yönəlmiş" məlumatların yayılmasının dayandırmalarını tələb edib. Odnoklasniki mitinqlərdə iştirak çağırışlarına görə real cərimə alan ilk sosial şəbəkə olub.

Bundan əvvəl "Roskomnadzor" Feysbuk, İnstaqram, Tvitter, TikTok, VKontakte, Odnoklassniki, YouTube və Teleqrama qarşı protokollar tərtib edəcəyini vəd etmişdi.


Etiketlər:  Odnoklassniki sosial şəbəkəsi milyon rubl məbləğində cərimələndi SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ