Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Airbus” sonuncu nəhəng “A380” təyyarəsini istehsal edib

“Airbus” sonuncu nəhəng “A380” təyyarəsini istehsal edib

Tarix: 23 Mart 2021 22:56

"Airbus" şirkəti sonuncu dəfə nəhəng "A380" laynerini istehsal edib və onu sifarişçiyə - "Emirates" aviaşirkətinə təhvil verməzdən əvvəl son hazırlıq işlərinin görülməsi üçün Tuluzadakı zavoddan Hamburqa göndərib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, istehsalçı dünyanın ən böyük - iki tam göyərtəli sərnişin təyyarəsi üzrə yeni sifarişlərin olmaması səbəbindən proqramı 2019-cu ildə bağlamağa qərar verib.

"A380" ölçülərinə görə aviaşirkətlərə sərnişinləri üçün şəxsi kabinləri olan lüks birinci sinif salonlar quraşdırmağa imkan verirdi. Amma dörd mühərrikin olması səbəbindən nəhəng laynerlər səmərəliliyinə görə ikimühərrikli təyyarələrə uduzurdu.

Nəticədə son illərdə "A380" modeli üçün yeni sifariş olmayıb, aviaşirkət isə hələ koronavirus pandemiyası başlamadan bu tip təyyarələri "donanmasından" çıxarmağa başlayıb.

Hazırda "Emirates" dünyanın ən böyük "A380" istismarçısıdır. Aviaşirkət istehsal olunan bütün nəhəng laynerlərin yarısından bir qədər azını alıb.


Etiketlər:  Airbus sonuncu nəhəng A380 təyyarəsini istehsal edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ