Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 08:50
Roma Papası Fransisk kardinalların və digər din xadimlərinin məvaciblərini 10% azaltmaq barədə göstəriş verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Papanın bu qərarının mövcud iş yerlərinin saxlanması ilə bağlı olduğu bildirilir. Belə ki, pandemiyanın səbəb olduğu iqtisadi böhran Vatikanın gəlirlərinə də mənfi təsir edib.
Qərarın aprelin 1-dən etibarən qüvvəyə minəcəyi qeyd olunur.
"Reuters"in məlumatına görə, hazırda Vatikanda çalışan kardinalların məvacibi orta hesabla 4-5 min avro təşkil edir.