Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya ştammının DİABET XƏSTƏLƏRİNƏ təsiri aşkarlandı

Britaniya ştammının DİABET XƏSTƏLƏRİNƏ təsiri aşkarlandı

Tarix: 26 Mart 2021 21:36

Koronavirusa yoluxan diabet xəstələrinin ölüm səviyyəsi digər COVİD-19 xəstələrinə nisbətdə daha yüksəkdir.

Sonxeber.net xəbər verir ki, bunu türkiyəli endokrinoloq Burcu Kızılarslanoğlu deyib.

Həkim şəkər xəstələrinin koronavirusu daha ağır keçirdiyini və daha gec sağaldığını bildirib: "Britaniya ştammının yoluxuculuq qabiliyyəti daha yüksəkdir. Bu da o deməkdir ki, şəkər xəstələri digərləri ilə müqayisədə daha diqqətli davranmalıdır. Xüsusilə, qanında şəkərin səviyyəsi balanslı olmayan diabet xəstəsi koronavirusa yoluxarsa, xəstəliyi şiddətli keçirir. Bu xəstələrdə xəstəxanaya, reanimasiya yerləşdirilmə və ölüm riski daha çoxdur. Ölüm riski normal xəstələrə görə 3 dəfə yüksəkdir. Bu, bizim üçün həqiqətən yüksək rəqəmlərdir. Bədənin koronavirusa qarşı müqaviməti zəifləyir. Koronovirus ağciyərləri örtüdüyü zaman damarlarda xırda laxtalanmalar meydana gəlir və bədəndə ciddi fəsadlara yol açır". (publika.az)


Etiketlər:  Britaniya ştammının DİABET XƏSTƏLƏRİNƏ təsiri aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ