Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təyyarə qəzası baş verdi, nazir müavini və anası öldü

Təyyarə qəzası baş verdi, nazir müavini və anası öldü

Tarix: 28 Mart 2021 11:18

Meksikanın Sonora əyalətində içərisində 7 nəfər olan iki mühərrikli "Cessna" təyyarəsi qəzaya uğrayıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə dünən axşam baş verib. Yeddi nəfərin olduğu təyyarə Hermosillo şəhərindən Amerikanın Arizona ştatının Tukson şəhərinə uçurmuş. Təyyarə havaya qalxdıqdan bir müddət sonra düşüb.

Baş prokurorluğun yaydığı məlumata görə, hadisə zamanı Sonoranın iqtisadi inkişaf nazirinin müavini və onun anası ölüb. Təyyarədəki bir nəfər qəzadan sağ çıxıb, hazırda tibbi yardım alır.

Prokurorluq hadisənin səbəblərini öyrənmək üçün istintaq aparır.


Etiketlər:  Təyyarə qəzası baş verdi nazir müavini anası öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ