Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-funksionalist: Epilepsiya tutmaları onu yaradan ocağın lokalizasiyasından asılıdır

Həkim-funksionalist: Epilepsiya tutmaları onu yaradan ocağın lokalizasiyasından asılıdır

Tarix: 28 Mart 2021 21:03

Epilepsiya müasir dövrdə geniş yayılmış xəstəliklərdən biridir. Xəstəlik qıcolma tutmaları ilə müşayiət olunur. Epileptik tutmalar qıcolma ocağının fəallaşması və beynin qıcolmaya hazırlıq həddinin aşağı qıcıq qapısına yaxınlaşması nəticəsində baş verir. Epileptik tutmalardan əvvəl aura əmələ gəlir. Auralar müxtəlif olur və epilepsiya ocağının lokalizasiyasından asılıdır.

Sonxeber.net bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında həkim-funksionalist Gülər Miriyeva deyib.

O bildirib: "Epilepsiya xəstələrində miqren, depressiya kimi hallar, daha ağır vəziyyətlərdə epileptik psixozlar, affektiv pozuntular, qorxu, aqressiya, ekstatik əhval-ruhiyyə müşahidə oluna bilər. Epileptik tutmalar zamanı ilk yardım həkim müdaxiləsinə qədərki dövr çox əhəmiyyətlidir. İlk növbədə, xəstənin rahat nəfəs alması üçün şərait yaradılmalıdır. Xəstə təhlükəsiz vəziyyətdə olmalıdır və tutma bitənədək gözləmək lazımdır. Kiçik tutmalar zamanı huşitirmə halları olur və bir müddət davam edir. Tutmalar keçəndən sonra xəstə zəiflik və halsızlıq hiss edə bilər".

Həkim xəstəliyin müayinəsi ilə bağlı deyib ki, epilepsiya diaqnozunun qoyulması və epilepsiya sindromunun müəyyən edilməsi üçün elektroensefaloqrofiya müayinəsi aparılması tövsiyə olunur. Aparılan müayinə epileptik ocağın varlığı, lokalizasiyası və ocağın aktivlik dərəcəsi haqqında məlumat verir. Epilepsiya xəstələri normal həyat sürə bilərlər. Onlar ətrafdakılar üçün təhlükəli deyillər. Bu xəstələr mümkün qədər stresdən uzaq olmalı və onların yuxu rejimi tənzimlənməlidir.


Etiketlər:  Həkim funksionalist Epilepsiya tutmaları yaradan ocağın lokalizasiyasından asılıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ