Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2021 10:10
Paytaxtın Şəfaət Mehdiyev küçəsində səkilərə quraşdırılan işıq dirəkləri piyadaların yolunu işıqlandırsa da, eyni zamanda onların qarşısında böyük əngələ də çevrilib. Səbəb onsuz da ensiz olan səkidə işıq dirəklərinin düz səkinin ortasında quraşdırılmasıdır. Buna görə səkidə rahat hərəkət edə bilməyən vətəndaşlar məcbur olur ya avtomobil yoluna, ya da ki, qumlu-torpaqlı yola çıxırlar. Bəs kimdir səbəbkar?
Dar səki, işıq dirəyi və ağac...
Qaranlıqda rahat hərəkət etmək üçün quraşdırılan bu işıq dirəkləri heç də hər yerdə vətəndaşın işini asanlaşdırmır.
Vətəndaşlar deyirlər ki, problem sadəcə işıq dirəkləri ilə bağlı deyil, eyni zamanda səkinin ensiz olması da məsələni çətinləşdirir.
Sonxeber.net bildirir ki, xezerxeber.az məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə səkilərin ensiz olmasının heç də agentliyin fəaliyyəti ilə əlaqəli olmadığını deyir.
Bakı Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, problemin həll olunması istiqamətində işlər aparılır. Səki çox ensiz olduğundan yerləri dəyişdirilməsi mümkün olan işıq dirəkləri üçün artıq xüsusi yerlər də müəyyənləşdirilib.