Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 20:20
NASA agentliyi SpaceX-in kosmik aparatının tam avtonom rejimdə BKS (Beynəlxalq Kosmik Stansiya) modulları arasında yerdəyişməsini sərgiləyən videonu təqdim edib. Crew Dragon aparatının müstəqil hərəkəti insanların iştirakı olmadan onun naviqasiya sisteminin nəyə qadir olduğunu göstərib. Beləliklə Crew Dragon aparatı SpaceX Crew-2 kosmik gəmisi üçün yer ayırmaq səbəbilə BKS-in Harmony adlı modulunun qabaq hissəsindən ayrılıb. Qeyd etmək lazımdır ki, 23 aprel tarixində NASA astronavtları SpaceX-Crew 2 vasitəsilə BKS-ə yollanacaqlar. Crew Dragon-un bir moduldan ayrılaraq digər modula birləşməsi prosesi 45 dəqiqə çəkib. Bütün prosesin avtonom rejimdə reallaşdırılmasına baxmayaraq kosmik aparatın daxilində 4 nəfər astronavt olub.