Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dələduzlar indi də bu üsulla bank kartlarından oğurluq etməyə çalışır - VİDEO

Dələduzlar indi də bu üsulla bank kartlarından oğurluq etməyə çalışır - VİDEO

Tarix: 20 Aprel 2021 11:00

Azərbaycanda dələduzlar bank kartı məlumatlarını yeni üsulla əldə etməyə çalışır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "ATV xəbər" süjet hazırlayıb.

Vətəndaş Aysel Nağıyeva əgər vaxtında duyuq düşməsəydi, "fişinq" hücumundan zərər çəkənlərdən biri olacaqdı. Deyir, bir neçə gün öncə öyrənib ki, onların ev telefonundan müxtəlif mobil nömrələrə zəng olunur. Naməlum şəxslər zəng etdiyi insanlardan bank kartlarının məlumatlarını istəyir.

A.Nağıyeva deyir ki, özünə məxsus ev telefonundan möbil nömrələrə çıxış yoxdur, amma müxtəlif mobil nömrələrdən ona zəng olunur ki, bir müddət öncə bu nömrədən zəng gəlib. Ard-arda baş verən bu zənglər onu şübhələndirib:

"Valideynlərimə bildirdim ki, hüquq-mühafizə orqanlarına da bildirməliyik, çünki insanlar bizim nömrəmizdən istifadə edərək zəng edirlərsə, bu sabah bizə də problem ola bilər".

A.Nağıyevanın qarşılaşdığı faktla bağlı Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi məlumat açıqlayıb. Açıqlamada vətəndaşlara xəbərdarlıq olunur ki, gələn telefon zənglərinə cavab verən zaman tələb olunsa belə, heç bir şifrə, kart nömrəsi və s. kimi fərdi məlumatları daxil etməyin. Belə hallarla qarşılaşanlara dərhal hüquq-mühafizə orqanlarına məlumat vermək tövsiyə edilir.  

Qeyd edək ki, son günlər internet satış səhifələri vasitəsilə dələduzluq edənlərin də sayı artıb.


Etiketlər:  Dələduzlar indi üsulla bank kartlarından oğurluq etməyə çalışır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ