Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İndi hər kəs ''Liverpul''a keçmək istəyir'' - Suares

''İndi hər kəs ''Liverpul''a keçmək istəyir'' - Suares

Tarix: 26 Aprel 2019 22:48

"Barselona"nın futbolçusu Luis Suares sabiq klubu "Liverpul" haqda danışıb.

Qol.az-ın "The Guardian"a istinadən yaydığı xəbərə görə, o, Çempionlar Liqasının yarımfinalında qarşılaşacağı İngiltərə klubunun hazırda çox güclü komanda olduğunu deyib:

"Liverpul" azarkeşlərini başa düşürəm. Amma oradan ayrıldıqdan sonra "Barselona"ya getməsəydim, sonra bu, heç alınmayacaqdı. Mən "Liverpul"da oynayanda hər şey fərqli idi. Heyət indiki kimi güclü deyildi. Transferlərə bu qədər pul xərcləmirdilər. İndi hər kəs "Liverpul"a keçmək istəyir. Mənim vaxtımda isə hər şey fərqli idi. Həm Premyer Liqa, həm də Çempionlar Liqasını qazana biləcək heyətləri var. Ölkə çempionatının qalib olsalar, böyük uğur əldə edəcəklər".

Qeyd edək ki, Suares 2011-2014-cü illərdə "Liverpul"da oynayıb. O, məhz İngiltərə klubundan "Barselona"ya keçib.

 


Etiketlər:  İndi hər kəs Liverpula keçmək istəyir Suares


RƏYLƏR