Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' 3 cavabsız qolla liderliyə yüksəldi

''Real'' 3 cavabsız qolla liderliyə yüksəldi

Tarix: 22 Aprel 2021 10:06

İspaniya La Liqasında 31-ci tura start verilib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma keçirilib.
 
"Sevilya" səfərdə "Levante"ni minimal hesabla üstələyib. "Valensiya" isə "Osasuna" ilə səfər matçından məğlubiyyətlə ayrılıb. "Vilyarreal" da "Alaves"lə səfər matçında xalsız qalıb.
 
"Betis" - "Atletik" və "Elçe" - "Valyadolid" matçlarında qalib müəyyənləşməyib. Madrid "Real"ı isə səfərdə "Kadis"i böyük hesabla məğlub edib.

21 aprel
 
"Levante" - "Sevilya" - 0:1
Qol: En Nesiri, 53.
 
"Osasuna" - "Valensiya" - 3:1
Qollar: Martines, 13. Kalyeri, 32. Torres, 67 - Qameyro, 30.
 
"Betis" - "Atletik" - 0:0
 
"Alaves" - "Vilyarreal" - 2:1
Qollar: Xoselu, 17. Mendes, 80 - Alkaser, 50.
 
"Elçe" - "Valyadolid" - 1:1
Qollar: Fidel, 22 - Olasa, 86.
 
"Kadis" - "Real" - 0:3
Qollar: Benzema, 30; 40. Odriosola, 33.

Qələbə saysəində xallarını 70-ə çatdıran "Real" liderliyə yüksəlib. "Atletiko" eyni xalla 2-ci, "Sevilya" 67 xalla 3-cü, "Barselona" 65 xalla 4-cüdür.


Etiketlər:  Real cavabsız qolla liderliyə yüksəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ