Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağa qayıdış: Onlayn-sorğuda 65 min nəfər iştirak edib

Qarabağa qayıdış: Onlayn-sorğuda 65 min nəfər iştirak edib

Tarix: 23 Aprel 2021 10:48

İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədi ilə keçirilən birinci sosioloji tədqiqat - onlayn-sorğu başa çatır.

ADA Universitetindən Sonxeber.net-a verilən məlumata görə, onlayn-sorğunun fəaliyyəti 25 aprel saat 20:00-da dayandırılacaq. Bundan sonra məlumatların emalı və təhlili başlayacaqdır.

Bu il fevralın 22-də açılmış bu internet sorğusu ADA Universitetində yaradılmış və müxtəlif elm-təhsil müəssisələrinin mütəxəssislərindən ibarət olan xüsusi Tədqiqat qrupu tərəfindən dövlət sifarişi əsasında keçirilir. Sorguda 65 min nəfər iştirak etmiş, sorğu səhifəsinə baxış sayı isə 400 mini aşmışdır. Bütün iştirakçıların fərdi məlumatları konfidensial saxlanılır.

ADA Universiteti və Tədqiqat Qrupu onlayn-sorğuda iştirak edərək öz istək, niyyət və gözləntilərini bildirən bütün məcburi köçkün vətəndaşlarımıza, sorğu ilə bağlı elan, xəbər və yenilikləri mütəmadi olaraq işıqlandıran kütləvi informasiya vasitələrinə, tədqiqatın keçirilməsinə kömək göstərmiş bütün həmkarlara əməkdaşlığa görə minnətdarlığını bildirir.


Etiketlər:  Qarabağa qayıdış Onlayn sorğuda nəfər iştirak edib


RƏYLƏR