Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Əfqanıstandan çıxır: Silahların daşınmasına başlandı

ABŞ Əfqanıstandan çıxır: Silahların daşınmasına başlandı

Tarix: 24 Aprel 2021 20:12

ABŞ Prezidenti Co Baydenin 11 sentyabra qədər Əfqanıstandan çıxacaqlarını elan etməsindən sonra Pentaqon hərbi təchizatlarını ölkədən çıxarmağa başlayıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, adları açıqlanmayan ABŞ-ın yüksək çinli üç hərbçisi Əfqanıstandan çıxma mərhələsi barədə CNN-ə danışıb.

Rəsmilərdən biri ABŞ-ın Əfqanıstandan çıxma mərhələsində yerində məhv edilməyən silahların və Əfqanıstan qüvvələrinə təslim edilməsi mümkün olmayan təchizatın gəmilərə yüklənərək çıxarılmağa başlandığını elan edib.

O, istifadəsi mümkün olmayan silahların yerində məhv ediləcəyini deyib.

Başqa bir ABŞ rəsmisi Əfqanıstanda olan 2500 hərbçinin bir neçə həftə ərzində çıxarmağa başlanılacağının anonsunu verib.

Qeyd edək ki, Pentaqon Əfqanıstandan çıxma mərhələsində ABŞ əsgərlərinin təhlükəsizliyini təmin etmək məqsədilə bölgədə postlar qurmasına icazə verib.

Talibanın ABŞ birliklərinə hücum etməsi durumunda manevr etmək məqsədilə bölgədə qırıcılar yerləşdirilib.

Qeyd edək ki, bununla da ABŞ 20 illik müharibədən sonra Əfqanıstandan çıxır.


Etiketlər:  ABŞ Əfqanıstandan çıxır Silahların daşınmasına başlandı


RƏYLƏR