Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İştahsızlıq, zəiflik, yuxusuzluq - Səndə sink çatışmır

İştahsızlıq, zəiflik, yuxusuzluq - Səndə sink çatışmır

Tarix: 3 May 2021 23:09

Orqanizmin hər bir hüceyrəsi, hər bir fəaliyyəti üçün vacibi mikroelement olan sink bizim heç yadımıza da düşmür. Əminik ki, insanlarımızda bu element minimum həddədir.

Sonxeber.net orqanizmdə sink defisitini bildirən 12 əlaməti təqdim edir:

1.Yaddaş, huş pozuntusu, diqqət yayqınlığı

2.İştahın olmaması

3.Yuxu pozulması, yuxusuzluq

4.Tez-tez qrip olmaq, virus və göbələklər - herpes, stomatit, kandidoz

5.Ağızda selikli qişada yaralar, xoralar - gec sağalır

6.Göz xəstəlikləri - konyuktivit, keratit, bulanma

7.Dəri quruması, qırışlar, çatlar, səpkilər, qabıqlanma, göyərmələr, sıyrıntılar- istənilən zədə gec sağalır

8.Laylanan dırnaqlar, qırılan saçlar

9.Menstrual tsikl pozğunluğu, sonsuzluq, hamiləliyin pozulması

10.Kişilərdə potensiya problemi, cinsi zəiflik

11. Yorğunluq, basqı, əzginlik, iş qabiliyyətinin azalması, apatiya

12.İmmunitet zəifliyi, diareya, bağırsaq pozulmaları

İnsan sutkalıq olaraq 11 mq sink qəbul etməlidir.

Təbii olaraq, orqanizmi sinklə təmin etmək üçün qida rasionunuzu balanslaşdırmaq yetərli olar

Sİnk ilə zəngin olan 7 top qida:

-Balqabaq və tumları

-Mal əti, qırmızı ət - 120-150 qram

-Noxud - günə bir fincan yemək

-Toyuq əti - 130 qram

-Qatıq, kefir, yoqurt - 1 stəkan

-Kakao tozu - içmək

-Ispanaq - 1-2 dəstə

-Göbələk - 150 qram

Sink defisiti qan analizi ilə təyin olunur. /medicina.az


Etiketlər:  İştahsızlıq zəiflik yuxusuzluq Səndə sink çatışmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ