Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2021 09:12
"Bespoken" şirkəti tərəfindən keçirilmiş müstəqil araşdırmada "Apple", "Google" və "Amazon"un səs assistentlərinin funksionallığı müqayisə edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, mütəxəssislər sınaqların keçirilməsi üçün səs assistentlərinin funksionallığının qiymətləndirilməsi üçün insan danışığını təqlid edən robotdan istifadə ediblər. Suallar mürəkkəb və sadə olmaqla iki yerə bölünüb. Rəqəmsal səs köməkçilərinin işini çətinləşdirmək üçün bir sıra sualların doğru cavabı olmayıb. Məsələn, həmin suallardan biri belə səslənib: "Marsa ayaq basmış ilk şəxs kimdir?"
Sınaqların nəticəsinə görə, sadə sualların 76,57%-ni və mürəkkəb sualların 70,18%-ni cavablandırmış "Google Assistant" səs köməkçisi birinci yeri tutub. "Amazon Alexa" səs köməkçisinin nəticələri müvafiq olaraq 56,28% və 55,05% təşkil edib. "Apple Siri" səs assistentində isə bu göstərici müvafiq olaraq 47,29% və 41,32% olub.
Emil Hüseynov