Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ümidlərin üstündən xətt çəkildi: 6 ay sonra hazır olun

Ümidlərin üstündən xətt çəkildi: 6 ay sonra hazır olun

Tarix: 7 May 2021 10:32

"Moderna" dərman şirkətinin icraçı direktoru Stefan Bancel koronavirus pandemiyası barədə bədbin proqnoz verib.

Sonxeber.net metbuat.az-a istinadən bildirir ki, onun sözlərinə görə, pandemiya yaxın aylarda bitməyəcək. Üstəlik koronavirusun yeni növləri ortaya çıxacaq:

"Dünya miqyasında yeni növlərin ortaya çıxması davam edir. Gələcək 6 ay ərzində cənub yarımkürəsində qış aylarında koronavirusun çox sayda yeni növlərinin ortaya çıxacağını gözləyirik".

Bancelin sözlərinə görə, pandemiya ilə mübarizədə əlavə peyvəndlərə ehtiyac var. İcracı direktor "Moderna" şirkətinin son 5 ayda 1,7 milyard dollarlıq peyvənd satdığını bildirib.

Qeyd edək ki, pandemiyanın yaxın 1 il ərzində səngiyəcəyinə dair fikirlər səsləndirilmişdi.


Etiketlər:  Ümidlərin üstündən xətt çəkildi sonra hazır olun


RƏYLƏR