Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2021 16:56
Ermənistanda tibb işçiləri koronavirus əleyhinə peyvəndlənməyə məcbur edilir.
Sonxeber.net virtualorg.az-a xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.
Məlumata görə, onlar peyvənd olunmayacaqları təqdirdə işdən qovulmaqla hədələnirlər. Tibb işçiləri xüsusilə "AstraZeneca" ilə vaksin olunmağa məcbur edilir.
"Bunun səhiyyə nazirinin göstərişi olduğunu söyləyirlər, əks halda işdən çıxarılmaqla hədələnirlər. Məsələ burasındadır ki, bu peyvəndin istifadə müddəti 31 mayda başa çatır və hakimiyyət dövlət vəsaitlərini havaya uçurmaq ittihamlarından yayınmaq üçün əlindən gələni edir. Tibbi personal arasında çaxnaşma var, çünki bu peyvəndin yan təsirləri barədə çox danışılır ", - deyə qəzet qeyd edir.