Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onurğa beyinə qansızmalar

Onurğa beyinə qansızmalar

Tarix: 13 May 2021 08:15

Qansızmalar daha çox mərkəzi kanal, bel və boyun qalınlaşması nahiyəsində arxa buynuzlar nahiyəsində damarların cırılması nəticəsində baş verir. Hematomieliyanın kliniki mənzərəsi 3-4 seqmentlə yayılan sızmış qanın onurğa beynin arxa buynuzlarını sıxması ilə müşayiət edilir. Bununla əlaqədar olaraq bədəndə gödəkcə və yarımgödəkçə şəklində yerləşən seqmentar hissiyyat pozulmaları şəklində ağrılar olur. Sızmış qanın ön buynuz nahiyəsinə yayılması zamanı atrofiyalı süst parezlər inkişaf edir. Yan buynuzların zədələnməsi zamanı isə trofik pozulmalar müşahidə edilir. Xəstəliyin kəskin dövründə təkcə seqmentar pozulmalar deyil, həm də keçirici hissiyyat pozulmaları da baş verir. Onurğa beyinə geniş qansızmalar zamanı beyinin tam köndələn zədələnməsi müşahidə edilir. Bu zaman serebrospinal maye dəyişilməsə də, mayedə az miqdarda qan qarışığı ola bilir.
Hematomieliya residiv gedişə malik xəstəlik sayılır. Xəstəlik zamanı nevroloji əlamətlər 7-10 gün davam edir, müalicə olundqda 10 gündən sonra geriyə inkişaf başlayır.
Müalicə olduqda tam sağalma baş verə bilir, ancaq nevroloji pozulmalar saxlanılır.


Etiketlər:  Onurğa beyinə qansızmalar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ