Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Xiaomi” şirkəti 5G dəstəkli ucuz “Poco M3 Pro” smartfonunu nümayiş etdirib

“Xiaomi” şirkəti 5G dəstəkli ucuz “Poco M3 Pro” smartfonunu nümayiş etdirib

Tarix: 21 May 2021 09:39

“Xiaomi”nin törəmə brendi olan “Poco” şirkəti “Poco M3” smartfonunun yenilənmiş versiyasını təqdim edib. Bu haqda “GSMArena” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, telefon ilkin versiya ilə müqayisədə xeyli təkmilləşdirilib: “FHD ” təsvir ölçülü ekran kamera və 90 hers yeniləmə tezliyinə malikdir. “MTK” şirkətinin 7 nm-lik “Dimensity 700” prosessoru 5G dəstəyini təmin edir. Model yaddaş kartı, audiocek, infraqırmızı port və bir sıra ölkələr üçün NFC texnologiyası ilə təchiz edilib.

 

Kamera blokunda dəyişiklik edilməyib – bu, 48 mp-lik əsas və hər birinin təsvir ölçüsü 2 mp olan iki sensordur. “Poco M3 Pro” aparatında akkumulyatorun həcmi 5000 milliamper/saatadək azaldılıb. Cihaz 18 vatlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.

 

Avropada smartfonun 4/64 QB-lıq versiyasının satış qiyməti 180 avro təşkil edəcək.

 

Emil Hüseynov




Etiketlər:  Xiaomi şirkəti 5G dəstəkli ucuz Poco M3 Pro smartfonunu nümayiş etdirib


RƏYLƏR