Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smartfonlar implantlar üçün təhlükəli ola bilərmi?

Smartfonlar implantlar üçün təhlükəli ola bilərmi?

Tarix: 25 May 2021 20:32

Amerikalı kardioloqlar müasir smartfonların ürək üçün böyük təhlükə olduğunu hesab etmir. Nazirlik maqnitlə təchiz olunmuş cihazların implantasiya edilmiş elektron tibbi cihazların işinə qısa müddətdə təsir göstərə biləcəyi qənaətinə gəlıb. Cihazların xüsusilə kardiostimulyatorlara və implantasiya edimiş defibrilatorlara təsir edə biləcəyini qeyd edib.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, yoxlama zamanı smart telefonların və digər smart cihazların sağlamlıq üçün böyük təhlükə yaratmadığını öyrənmək mümkün olub. "Xəstələr üçün riskin az olduğunu hesab edirik və hazırda bu problemlə əlaqəli agentliyə hər hansı bir yan təsirlər barədə məlumat daxil olmayıb", - deyə tibbi elmlər namizədi Ceff Şuren bildirib. Bununla belə, quraşdırılmış maqnitli cihazlardan geniş istifadə edilməsi səbəbindən istehlakçılar cihaz seçimində diqqətli olmalı və xəstələr cihazları istifadə etmək üçün bəzi qaydalara riayət etməlidir. Qida Sanitariya Müfəttişliyi Nazirliyi cihazlarda, tibbi avadanlıqlara yaxın olması ilə əladədar, qısa müddət ərzində nasazlıq yarana biləcəyini bildirib. Bu baxımdan həkimlər, kardiostimulyatorlardan istifadə edən və defibrilatorlar daşıyan xəstələrin müəyyən cihazlar almadan əvvəl, həkimlərlə məsləhətləşmələrini tövsiyə edir.


Etiketlər:  Smartfonlar implantlar üçün təhlükəli bilərmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ