Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2021 01:24
Türkiyədən Çinə Azərbaycandan tranzitlə daha iki ixrac yük qatarı hərəkət edəcək.
Sonxeber.net bu barədə Türkiyə Dövlət Dəmir Yolları idarəsinə istinadən məlumat verir.
41 konteynerdən ibarət yük qatarları Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Qazaxıstandan keçməklə Çinin Sian şəhərinə çatacaq.
Yükün 2 həftəyə Çinə çatması planlaşdırılır. Konteynerlər 2 250 tondan çox tikinti materialı və melamin örtüyü daşıyır.