Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Facebook” iki kamerası olan “ağıllı” saat təqdim edəcək

“Facebook” iki kamerası olan “ağıllı” saat təqdim edəcək

Tarix: 11 Iyun 2021 17:54

“Facebook” həm də kamera kimi işləyə biləcək ilk “ağıllı” saat hazırlayır. Bu barədə etibarlı mənbəyə istinadən “The Verge” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Facebook”un istehsalı olan saat belə qurğular üçün ənənəvi fitness funksionala malik olacaq. Məsələn, pulsometrlə təchiz ediləcəklər. Daşınan cihazın smartfondan asılı olmaması üçün mobil şəbəkələri dəstəkləməsi imkanı nəzərdən keçirilir.

 

Hər biri saatdan kənarda işləyə biləcək iki kameranın tətbiqi yenilik olacaq. 1080p təsvir ölçüsündə video çəkə bilən ön sensor videorabitə üçün lazımdır. İkinci sensor saatın qolbağında yerləşdiriləcək. Hər iki kamera “Facebook” və “Instagram”a sıx inteqrasiya ediləcək.

 

“Facebook”un “ağıllı” saatları artıq 2022-ci ilin yayında təqdim edilə bilər. Hələlik bu cihazların hansı əməliyyat sistemində işləyəcəyi və onların qiyməti məlum deyil.

 

Emil Hüseynov




Etiketlər:  Facebook iki kamerası olan ağıllı saat təqdim edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ