Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceff Bezosla kosmosa uçuş imkanı 28 mln. dollara satıldı

Ceff Bezosla kosmosa uçuş imkanı 28 mln. dollara satıldı

Tarix: 13 Iyun 2021 11:04

"Amazon" şirkətinin yaradıcısı Ceff Bezosla bir kosmik aparatda kosmosa uçuş üçün sonuncu yer hərracda 28 milyon dollara satılıb.

Milli.Az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu "Blue Origin" kosmik şirkəti tərəfindən keçirilmiş hərracın nəticələri göstərir.

"Yer 28 milyon dollara 107 nömrəli adama satıldı", - deyə hərracın sonunda elan edilib.

"Amazon"un qurucusu və onun qardaşı ilə kosmosa getmək imkanını kimin əldə etdiyi hələlik məlum deyil. "New Shepard" gəmisi ilə kosmosa uçacaq şəxsin adı bir neçə həftədən sonra açıqlanacaq.

Uçuş iyul ayının 20-də "New Shepard" gəmisi ilə həyata keçiriləcək.

Milli.Az


Etiketlər:  Ceff Bezosla kosmosa uçuş imkanı 28 mln dollara satıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ