Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 13:50
Saatlı sakini Bakıda taksi sürücüsünün fırıldağının qurbanı olub. Müştəri kimi taksiyə əyləşən şəxs iddia edir ki, onu mənzil başına çatdıran sürücü gedişhaqqını alan kimi çantaları avtomobilin yük yerindən götürməyə imkan verməyərək ərazidən uzaqlaşıb. Sürücü müştərinin çantalarını unudub, yoxsa qaçırıb?
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, taksi ilə Masazır qəsəbəsindən metronun ''20 yanvar'' stansiyası istiqamətində gələn müştəriyə külli miqdarda ziyan dəyib.
Saatlı sakini 57 yaşlı Elşad Məmmədovun sözlərinə görə, ''20 yanvar'' dairəsinə gəlmək üçün bir manatdan sərnişindaşıma ilə məşğul olan bir sürücünün avtomobilinə əyləşib.
Elşad Məmmədov bir neçə saat həmin ərazidə gözləyib ki, bəlkə sürücü həmin çantaları gətirib qaytara. Gəlmədiyindən zərərçəkmiş ''102-i xidməti''nə məlumat verib. Əraziyə 19-cu polis şöbəsinin əməkdaşları gəlib və izahatın alıblar.
Zərərçəkmiş deyir ki, həmin şəxs maskalı olduğundan üzünü dəqiq görə bilməyib. Ağsaqqal onu da iddia edir ki, həmin şəxs onun çantalarını avtomobilində unutmayıb. Niyyəti qaçırmaq olub.
İndi polis ərazidəki ''Təhlükəsiz Şəhər'' kameraları vasitəsilə həmin nəqliyyat vasitəsini axtarır.