Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxmusan? Get saqqız çeynə...

Koronavirusa yoluxmusan? Get saqqız çeynə...

Tarix: 18 Iyun 2021 17:14

Son günlər koronavirusa yoluxma hallarının yenidən sürətlə artdığı Rusiyada bu virusdan müalicə olunmaq üçün saqqız formasında dərman hazırlanır.

Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, dərmanın hazırlanması üzərində Müdafiə Nazirliyinin elmi-tədqiqat İnstitutu işləyir. Müdafiə Nazirliyinə yaxın mənbə RBK agentliyinə bu haqda bildirib, həmin institutun direktoru, polkovnik Sergey Boriseviç məlumatı təsdiqləyib.

"Bəli, bu istiqamətdə işlər aparılır", - o deyib.

Bildirilir ki, koronavirusa qarşı saqqız hazırlamaq üzərində Rusiya Müdafiə Nazirliyinin 48-ci Mərkəzi Elmi Tədqiqat İnstitutu işləyir, bu institut daha əvvəl Qamaley adına Mərkəzlə birlikdə koronavirusa qarşı "Sputnik V" peyvəndini işləyib hazırlamışdı. Mənbə bildirir ki, indi koronavirusun müalicəsi üçün nəzərdə tutulan dərman saqqız və plastin formasında hazırlanır.

Hərçənd Rusiya koronavirusa qarşı 4 vaksin işləyib hazırlasa da ölkə əhalisi arasında vaksin vurulanların sayı 10 faizə güclə çatır, belə görünür ki, Rusiya əhalisi bu vaksinlərə o qədər də etibar etmir. Və koronavirusa yoluxma halları Moskva da daxil olmaqla iri şəhərlərdə yenidən sürətlə artır.


Etiketlər:  Koronavirusa yoluxmusan saqqız çeynə


RƏYLƏR