Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevgilisi yanındadır, məyus olana oxşamır - FOTOlar

Sevgilisi yanındadır, məyus olana oxşamır - FOTOlar

Tarix: 19 Iyun 2021 02:00

Koronavirusa yoluxduğu üçün İspaniya millisinin AVRO-2020-yə aparılan heyətindən çıxarılan Markos Lyorente fürsəti əldən verməyib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, "Atletiko"nun yarımmüdafiəçisi cəmi bir neçə gün əvvəl yığmadan kənarlaşdırılmasına baxmayaraq, artıq yay istirahətinə çıxıb.

26 yaşlı orta sahə oyunçusu model sevgilisi Patrisiya Noarbe ilə Yunanıstana yollanıb.

Turistlərin çoxluq təşkil etdiyi Mikonos adasına gedən cütlük orada şou-biznes jurnalistlərinin kameralarına səmimi pozlarla yaxalanıb. Lyorente heç də Avropa çempionatından kənarda qaldığı üçün məyus olana oxşamır.

Markos Lyorente ötən mövsüm "Atletiko"nun heyətində 43 oyunda 13 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az


Etiketlər:  Sevgilisi yanındadır məyus olana oxşamır FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ