Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 13:45
Avstraliyada yaşayan azərbaycanlıların müdaxiləsi nəticəsində bu ölkədəki erməni icmasının növbəti təxribatının qarşısı alınıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, erməni icması ölkə parlamentinin rəsmi səhifəsində "Dağlıq Qarabağdakı ermənilərin öz müqəddəratını təyin etmək hüququnun tanınması" adlı petisiya yerləşdirib. Bu təxribata soydaşlarımız parlamentin rəsmi səhifəsində "Milli, etnik, dini qruplar öz münaqişələrini Avstraliyanın daxilinə gətirməməlidir" adlı petisiya yerləşdirməklə cavab veriblər.
Eyni zamanda, Avstraliya İttifaqının Xarici işlər naziri Meris Peyn petisiya ilə əlaqədar ermənilərin gözləntilərini doğrultmayıb. Nazirin erməni milli komitəsinə ünvanladığı məktubda bildirilib ki, ölkəsi münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar aparan ATƏT-in Minsk Qrupunun səylərini və 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli sazişi dəstəkləyir: "Biz hesab edirik ki, 10 noyabr 2020-ci ildə atəşkəsə dair imzalanmış üçtərəfli razılaşma bu nəticənin əldə olunmasına imkan yaradır".