Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” smartfonların gövdəsini yenidən plastikdən edəcək

“Samsung” smartfonların gövdəsini yenidən plastikdən edəcək

Tarix: 27 Iyun 2021 23:48

"Samsung" şirkəti smartfonlarını əsasən plastik gövdəli buraxacaq. Bu barədə "Tvitter" insayderi məlumat verib. Şirkətin planları ilə tanış olan mənbələrə əsasən, 2022-ci ildə "Samsung" demək olar ki, bütün flaqman smartfonlarını plastik panellərlə təchiz etmək niyyətindədir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əvvəllər şirkətin premium cihazları yalnız şüşə gövdələrlə təmin olunurdu. Şüşə gövdədə buraxılacaq tək cihaz "Galaxy S22 Ultra" olacaq. Şirkət gövdənin əsasını təşkil edəcək gücləndirilmiş polikarbonatın həm istehsalçılar, həm də istehlakçılar üçün üstünlük təşkil edəcəyinə qeyd edir. Bu material şüşədən daha elastik və davamlıdır və həmçinin plastikə qayıtmaq telefonların qiymətini də azaldacaq.

Milli.Az


Etiketlər:  Samsung smartfonların gövdəsini yenidən plastikdən edəcək


RƏYLƏR