Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düzgün istehsal edilən dondurma xəstəliyə səbəb olmur

Düzgün istehsal edilən dondurma xəstəliyə səbəb olmur

Tarix: 2 Iyul 2021 23:30

Yay fəslinin əvəzedilməz qidalarından biri olan dondurma isti havalarda orqanizmə sərinlik verir, tərkibindəki vitamin, mineral və karbohidratlar əhval-ruhiyyəni yüksəldir. Hətta soyuq havalı günlərdə də onu yeyənlərlə yanaşı, heç dadına baxmayanlar da var. Səbəb isə dondurmanın müəyyən xəstəliklər yarada bilməyi düşüncəsidir.

Sonxeber.net bildirir ki, həkim-terapevt Taleh Abbasovun AZƏRTAC-a verdiyi məlumata görə, həmin desertin fəsadları ilə qarşılaşmamaq üçün ilk növbədə onun tərkibinə fikir vermək lazımdır: "Süd məhsullarının tərkibində mikroorqanizmlər yaşayaraq artıb çoxala bilir. Düzgün istehsal olunmayan dondurma mikroblarla zənginləşərək xəstəliyə səbəb ola bilər. Düzgün istehsal edilən dondurma isə xəstəliyə səbəb olmur. Dondurmanın tərkibində olan mikroorqanizmlər və onun soyuq olması xəstəlik yaranması üçün müəyyən şərait yarada bilər. Əgər dondurma acqarına yeyilərsə və ya fasiləsiz qəbul edilərsə, iltihab törətməsi mümkündür".

Dondurma boğaz, mədə və qarın ağrılarına səbəb ola bilər. Ona görə də gün ərzində müəyyən miqdarda qəbul edilməli və xırda udumlarla yeyilməlidir. İlıq su içməklə boğaz ağrısının qarşısını almaq mümkündür. Məhsulun düzgün saxlanılma qaydası da çox mühüm əhəmiyyət daşıyır.


Etiketlər:  Düzgün istehsal edilən dondurma xəstəliyə səbəb olmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ