Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir korrupsiya ittihamı ilə həbs edildi

Nazir korrupsiya ittihamı ilə həbs edildi

Tarix: 4 Avqust 2021 09:30

Qətərin iqtisadiyyat naziri Əli Şərif Əl-Əmadi korrupsiya və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə həbs edilib.

Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, bu barədə Qətərin rəsmi QNA agentliyi məlumat yayıb.

Qeyd edək ki, 2013-cü ildən nazir postunu tutan Əl-Əmadi Qətər Mərkəzi Bankı və "Qatar Airways" aviaşirkətinin idarə heyətlərinin sədridir. O, eyni zamanda, 300 milyard dollar vəsaitə malik olan Qətər İnvestisiya Fondunun rəhbərlərindən biridir.

Agentliyin məlumatında qətərli nazirin tezliklə məhkəməyə çıxarılacağı bildirilib.


Etiketlər:  Nazir korrupsiya ittihamı ilə həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ