Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şərqi Zəngəzurun iqtisadi perspektivi - VİDEO

Şərqi Zəngəzurun iqtisadi perspektivi - VİDEO

Tarix: 20 Avqust 2021 13:34

Bölgənin inkişafı ölkə iqtisadiyyatınin 4 %-ni formalaşdıracaq

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Şərqi Zəngəzur həm turizm, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük iqtisadi potensiala malikdir. İşğaldan əvvəlki dövrlərdə bu rayon Kəlbəcər-Laçın iqtisadi rayonu kimi təsnifləndirilirdi və ölkəmizin iqtisadiyyatında əhəmiyyətli rol oynayırdı. Bu mənada, istisna deyil ki, sözügedən inzibati rayon ölkədə aqrar sahənin inkişafına mühüm töhfə verəcək.

Şərqi Zəngəzur iqtisadi rayonunun davamı kimi Zəngəzur dəhlizinin açılması isə regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsində mühüm əhəmiyyətə malikdir.

Bir sözlə, ilkin qiymətləndirmələr onu göstərir ki, Şərqi Zəngəzurun potensialı ilə yaxın illərdə Azərbaycan iqtisadiyyatının 4 %-i formalaşdırılacaq. Bu isə onu deməyə əsas verir ki, yaxın dövrlərdə Şərqi Zəngəzur iqtisadi rayonunda təxminən 3 milyard manata yaxın aqrar və sənaye məhsullarının istehsalı mümkün olacaq.


Etiketlər:  Şərqi Zəngəzurun iqtisadi perspektivi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ