Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sağlamlığımız üçün BÖYÜK TƏHLÜKƏ: Limon şirəsinin hər damlası... - XƏBƏRDARLIQ - VİDEO

Sağlamlığımız üçün BÖYÜK TƏHLÜKƏ: Limon şirəsinin hər damlası... - XƏBƏRDARLIQ - VİDEO

Tarix: 23 Avqust 2021 23:27

"Bəzi insanlar arıqlamaq məqsədi ilə limon suyu içirlər. Əslində bu meyvə suyu o qədər də təhlükəsiz deyil".

Sonxeber.net Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu kilo itkisi üzrə mütəxəssis Pavel İsanbayev deyib.

O bildirib ki, limon suyu mədə-bağırsaq eroziyasının və xoraların bərpasının qarşısını alır və onların arialının böyüməsinə səbəb olur:

"Bu meyvənin suyu qastroezofagial reflü xəstəliyinin simptomlarını dərinləşdirir. Mədə boşalması, turşu reflü, ürək bulanması və ürək yanması meydana gəlir. Bu diaqnozu olan insanlara, xüsusilə də acqarına limon suyu içmək tövsiyə edilmir".

Mütəxəssisin fikrincə, limon suyunun optimal sıxlığı 250 millilitr suda bir neçə damladan bir xörək qaşığına qədər olmalıdır:

"Suyun tərkibində limon şirəsi çox olarsa, diş minasına mənfi təsir göstərəcək. Turşu dişin mina qatını məhv edir. Buna görə də limonlu suyu çubuqla içməyi tövsiyə edirəm". (publika.az)


Etiketlər:  Sağlamlığımız üçün BÖYÜK TƏHLÜKƏ Limon şirəsinin hər damlası XƏBƏRDARLIQ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ