Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 10:00
Bakıda körpə ağır xəsarət alıb.
Sonxeber.net report-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 2019-cu il təvəllüdlü Əliyev Adil Tərlan oğlu ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.