Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 22:34
Norveç məhkəməsi terrorçu Anders Breyvikin şərti olaraq azadlığa buraxılması ilə bağlı vəsatətə baxacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, artıq Anders Breyvikin vəkilindən məsələ ilə bağlı məhkəməyə müvafiq müraciət edilib.
Breyvik on il əvvəl Norveç paytaxtı Osloda Baş nazirin ofisi qarşısında uzaqdan idarə edilən bombanı partladaraq 8 nəfəri öldürüb, Utoeya Adasında yerli İşçi Partiyasının gənclər düşərgəsinə toplaşan 69 nəfəri güllələyib. Cari ilin iyul ayında Norveçdə bu hücumların onuncu ildönümü qeyd edilib.
Hazırda Anders Breyvik törətdiyi terror aktlarına görə Norveçdə maksimum - 21 illik həbs cəzasına məhkum edilib, lakin, gələcəkdə bu cəza məhkəmə tərəfindən qeyri-müəyyən müddətə uzadıla bilər.
Bütün bunlara baxmayaraq, Norveç qanunları ona çəkdiyi cəzanın ilk 10 ilindən sonra, şərti olaraq azadlığa buraxılması ilə bağlı müraciət etmək hüququ verir və Anders Breyvik məhz bu hüquqdan istifadə etmək niyyətindədir.
İlkin olaraq vəsatətə baxan Oslo prokurorluğu Breyvikin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatəti rədd edib. Beləliklə bundan sonra müraciət yerli məhkəmədə baxılacaq.
Məhkəmənin tarixi və keçirilmə yeri hələ müəyyən edilməyib.