Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 13:28
2021-ci ilin ilk 7 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 71,4 mln. manat vəsait ödənilib.
Bu barədə Sonxeber.net-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, bununla da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 mln. manat və ya 24,2% daha çox vəsait xərclənib.
Bura hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, üç yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar və dəfn üçün nəzərdə tutulan müavinətlər daxildir.