Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 11:20
Dünyanın ən uzunömürlü insanlarından biri olan 127 yaşlı Eritreya sakini Natabay Tinsiev vəfat edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 1894-cü il təvəllüdlü kişinin yaxınları onun adını "Ginnesin Rekordlar Kitabı"na salmaq üçün rekordlar kitabının ofisinə müraciət ediblər.
Qeyd olunur ki, Natabay Tinsiev ömrü boyu heyvandarlıqla məşğul olub.
Yaxınları həmçinin vurğulayıblar ki, Natabay Tinsievin əslində 137 yaşı var. Lakin keçmişdə onun doğulduğu yerdə ruhani olmadığı üçün Natabay Tinsievin doğum haqqında şəhadətnamə vərəqi 10 il sonra onun valideynlərinə təqdim olunub.