Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ana azyaşlı oğlunu və qızını cənnətə düşmələri üçün güllələdi

Ana azyaşlı oğlunu və qızını cənnətə düşmələri üçün güllələdi

Tarix: 5 Oktyabr 2021 20:54

ABŞ-ın Arizona ştatından olan 24 yaşlı Ester Kallehas öz uşaqlarına hücum edib. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bir neçə il əvvəl, ərindən gizli şəkildə tapança alıb və faciədən bir az əvvəl onu hazır vəziyyətə gətirərək uşaq otağında gizlədib.

Faciə günü qız silah çıxararaq 2 yaşlı qızının sinəsinə iki dəfə və qaçmağa çalışan 6 yaşlı oğluna ən azı üç dəfə atəş açıb. Qadın sonra özünü öldürməyə cəhd edib. 

Ancaq Ester ərinə və bacısına zəng edərək nə etdiyini söyləyib. Şoka düşən qohumları polis və təcili yardım çağırıb. Qadın saxlanılıb, uşaqlar xəstəxanaya yerləşdirilib. 

İki yaşlı qızı xilas etmək mümkün olmayıb, oğlan isə kritik vəziyyətdədir. 

Qadın hüquq-mühafizə orqanlarına deyib ki, uşaqlarının cənnətə düşmələrini istədiyindən onları güllələyib. 

Gənc ananın depressiyadan əziyyət çəkdiyi və antidepresanlar qəbul etdiyi məlum olub. O, qətl və adam öldürməyə cəhddə ittiham olunur.


Etiketlər:  azyaşlı oğlunu qızını cənnətə düşmələri üçün güllələdi


RƏYLƏR