Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnsan maksimum nə qədər yaşaya bilər?

İnsan maksimum nə qədər yaşaya bilər?

Tarix: 13 Oktyabr 2021 23:30

Son zamanlar dünyanın inkişaf etmiş ölkələrində insanların həyatının uzunluğu xeyli artıb.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlər bunu sağlam qidalanma, komfortlu yaşayış tərzi, tibbi nailiyyətlərlə izah edir.

Bəzi alimlərin fikrinə görə, insan asanlıqla 120 yaş və bundan çox yaşaya bilər. Lakin holland alimlərinin son araşdırmaları göstərib ki, bu belə deyil və insanın maksimum yaşaya biləcəyi vaxt bundan azdır.

Holland alimlər belə qərara gəliblər ki, qadınlar maksimum olaraq 115,7, kişilər 114,1 il yaşaya bilər.

Ekspertlər son 30 il ərzində 75 min insanın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

Milli.Az


Etiketlər:  İnsan maksimum qədər yaşaya bilər


RƏYLƏR