Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 17:00
Müğənni Elnur Məmmədov fəxri ad davası edən məşhurlara müraciət edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, bu barədə "Tam vaxtıdır" verilişində qonaq olarkən danışıb.
"Bu status lazımlı bir şeydir. Ancaq kimliyimizdən xəbər vermir. Dövlət dəyərləndirsə də, dəyərləndirməsə də çox sağ olsun! Əzizlərim, vaxtı ilə hər şey olacaq. Mən bu sənətdə bir fikirlə irəliləyirəm: xalqa xidmət! Biz hansı yaşdayıq ki, küsək? Bu sənəti sevib seçmişəm. Davaya ehtiyac yoxdur. İşimin adı odur ki, xalq xidmət etmək. Bundan böyük xoşbəxtçilik varmı?",- deyə Elnur bildirib.
Qeyd edək ki, ötən günlərdə müğənni Nadir Qafarzadə, Tacir Şahmalıoğlu və başqaları fəxri ad ala bilmədikləri üçün gileyləniblər.