Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaginoplastika (uşaqlıq yolunun plastikası) nədir?

Vaginoplastika (uşaqlıq yolunun plastikası) nədir?

Tarix: 30 Oktyabr 2021 20:03

Vaginoplastika vaginanın (uşaqlıq yolunun) daralmasını və bərpa olunmasını təmin edən cərrahi əməliyyatdır.

Əməliyyat zamanı artıq olan vaginal dəri çıxarılır, vaginanın ətrafında olan yumşaq toxuma və əzələlər bərpa olunur - nəticədə uşaqlıq yolu  daraldılır.

Doğum zamanı vagina və onun ətraf toxuması genişlənir. Doğumdan sonra vagina daha normal vəziyyətə qayıdır, lakin heç vaxt doğumdan əvvəlki vəziyyətə qayıtmır. Doğum sayları artdıqca vaginadakı genişlənmə daha da artır. Vaginal genişlənmə ilə yanaşı vagina divarının selikli qişasının sallanması meydana çıxır. Belə qadınlarda cinsi hissin azalması və cinsi həzzin zəifləməsi olur. Həmçinin cinsi yaxınlıq zamanı əks cinsində də problemlərin yaranmasına səbəb olur.

Vaginoplastika əməliyyatı nəticəsində vagina və vaginanın ətraf toxumanın daraldılması və doğumdan əvvəlki vəziyyətin əldə olunmasına nail olunur.

Əməliyyat sonrası dövr necə olur?

Əməliyyatdan sonra əməliyyat nahiyəsində agrı müşahidə OLUNMUR. Əməliyyatdan sonra xəstəyə antibiotik (5 gün) və antiseptiklərlə yerli yuyunmalar təyin edilir. Ağrıkəsicilərin təyin olunmasına ehtiyac OLMUR. Tikiş üçün istifadə olunan saplar sorulan olduğu üçün bu tikişlər sökülmür.

Vaginoplastikadan neçə gün sonra işə qayıda bilərəm?

Xəstə bir gün xətəxanada qalır və iki gün sonra isə işinə qayıda bilir. Bəzi xəstələrdə isə bu 5 gün çəkir.

Vaginoplastikadan sonrakı cinsi əlaqəyə icazə...

Əməliyyatdan 4-6 həftə sonra cinsi əlaqənin olmasına icazə verilir .

Dr. Günay Hacıyeva


Etiketlər:  Vaginoplastika uşaqlıq yolunun plastikası nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ