Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amsterdamda 3D formatında polad körpü quraşdırılıb

Amsterdamda 3D formatında polad körpü quraşdırılıb

Tarix: 3 Noyabr 2021 22:08

Niderlandın paytaxtı Amsterdamda dünyada ilk 3D formatında polad körpü quraşdırılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 12 metr uzunluğunda olan körpü De Vallen rayonunda yerləşən ən qədim kanallardan birinin üzərindədir.

Sifarişçisi Amsterdam bələdiyyəsi olan layihəni məşhur dizayner Yoris Larman hazırlayıb. İşin əsas hissəsini "qaynaq maşınları" ilə təchiz edilmiş dörd robot həyata keçirib və polad məftildən 6 ton ağırlığında konstruksiya düzəldilib. Körpü 19,5 tona qədər yükə tab gətirə biləcək. Tikinti prosesi altı ay çəkib.

Körpü deformasiya, vibrasiya, yüklərin səviyyəsini ölçən, həmçinin havanın keyfiyyətini, ətraf mühitin temperaturunu qeyd edən sensorlarla təchiz olunub.


Etiketlər:  Amsterdamda formatında polad körpü quraşdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ