Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2021 20:58
Qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Amber Hard arasındakı mübahisə bitmir.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor keçmiş həyat yoldaşının telefon qeydlərinin yoxlanılmasını tələb edib. Deppin vəkilləri Amberin yayımladığı zorakılıq fotolarının uydurma olduğunu bildirib. "The Sun" tərəfindən də dərc olunan materialların saxta olması səbəbindən Conni 50 milyon dollarlıq təzminat davası açıb. O, Amberin telefon zəngləri və yazışmalarının həqiqəti sübut edəcəyini açıqlayıb. Bu səbəbdən məhkəmə tərəfindən Conninin istəyini qəbul edilərək məlumatların araşdırılmasına razılıq verilib.
Qeyd edək ki, cütlük 2017-ci ildə boşanmaq qərarına gəliblər. Lakin Amberin ulduz haqqında irəli sürdüyü iddialar məhkəmə çəkişmələrinin qalmasına və aktyorun karyerasının zədələnməsinə səbəb olub.