Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada COVID-19-a yoluxma sayında yeni antirekord qeydə alınıb

Almaniyada COVID-19-a yoluxma sayında yeni antirekord qeydə alınıb

Tarix: 11 Noyabr 2021 04:18

Almaniyada son sutkada COVID-19 infeksiyasına 39 676 təsdiq edilmiş yoluxma halı qeydə alınıb, bu isə pandemiya baş qaldırandan indiyədək ən yüksək göstəricidir.

Sonxeber.net Report-a istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutunun məlumatlarından məlum olur.

Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 844 054 nəfərə yüksəlib.

Gün ərzində 236 nəfər koronavirus xəstəsi ölüb. Bununla da, pandemiya dövründə bu səbəbdən ölənlərin sayı 96 963 nəfərə çatıb.

Ötən həftə Almaniyanın səhiyyə naziri vəzifəsini icra edən Yens Şpan Almaniyanın pandemiyanın 4-cü dalğası ilə üzləşəcəyini və bunun "peyvənd olunmamışların pandemiyası" olacağını bildirmişdi. Şpan gücləndirici doza peyvəndləməsinin templərindən narazılığını ifadə edir.


Etiketlər:  Almaniyada COVID yoluxma sayında yeni antirekord qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ