Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlon Maskın satdığı “Tesla” səhmlərindən 8,8 milyard dollar qazanıb

İlon Maskın satdığı “Tesla” səhmlərindən 8,8 milyard dollar qazanıb

Tarix: 18 Noyabr 2021 10:52

İlon Mask "Tesla"nın daha 973 milyon dollarlıq səhmini satıb. Milyarder artıq yeddinci ticarət günüdür ki, davam edən satışdan 8,8 milyard dollar toplayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Mask "Tesla"nın 10%-dən qurtulacağına dair verdiyi vədi demək olar ki, yarısı yerinə yetirib. 10 faiz həddinə çatmaq üçün isə o, təxminən 17 milyon "Tesla" səhmini satmalıdır. Hazırda o, demək olar ki, 8,2 milyon səhmindən azad olub.

Xatırladaq ki, noyabrın 6-da dünyanın ən zəngin adamlarından olan İlon Mask şəxsi "Twitter" hesabında maraqlı sorğu keçirib. O, 63 milyon izləyicisinə "Tesla səhmlərimin 10 faizini satmağı təklif edirəm, bunu dəstəkləyirsinizmi?", - sual ünvanlayıb.

Sorğuda 3,5 milyondan çox "Twitter" istifadəçisi iştirak edib. Sorğuda iştirak edənlərin 57,9 faizi Maskın səhmlərini satışını dəstəklədiyini bildirmişdi.

Milli.Az


Etiketlər:  İlon Maskın satdığı Tesla səhmlərindən milyard dollar qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ