Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 17:30
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıdan Nabrana istirahətə gedən şəxslər dənizdə boğulublar.
Trend-in məlumatına görə, istirahət üçün Xaçmaza üz tutan iki nəfər Nabranda dənizdə boğulub.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfəri xilas edib və 1951-ci il təvəllüdlü Quliyev Səfər Qulu oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin