Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2021 10:12
"SpaceX" kosmik şirkətinin yaradıcısı və sahibi İlon Mask "Raptor" raket mühərriklərinin istehsalındakı irəliləyişin zəif olmasından narazı qalıb.
O, işçilərinə bildirib ki, istehsal prosesindəki böhran "iflas riski" yaradır.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə iş adamı şirkət əməkdaşlarına göndərilən elektron məktubda bildirib.
Məlumat üçün qeyd edək ki, "Raptor" maye metan və oksigenlə işləyən qapalı dövrəli maye yanacaqlı raket mühərrikidir və Mask ondan "Starship"də istifadə etməyi planlaşdırır.