Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəbnəm o şəkilləri sildirmək istəyir

Şəbnəm o şəkilləri sildirmək istəyir

Tarix: 1 Dekabr 2021 10:50

Müğənni Şəbnəm Tovuzlu bəzi media qurumlarını məhkəməyə verib.

Sonxeber.net Olay-a istinadən xəbər verir ki, o, bir müddət əvvəl keçmiş sevgilisi olduğu iddia edilən şəxslə fotolarını yayan jurnalistlərdən şikayətçi olub. Bu barədə sənətçi instaqramda məlumat verib:

"Bütün jurnalistlər, media və televiziya əməkdaşları mənim dostumdur. Bu gün bir çox xəbər portallarına, saytlara məhkəmə qərarı ilə bağlı məktub gedib. Dörd il öncə həqiqəti əks etdirməyən, ailəmə mənfi təsir göstərən xəbərlər, fotolar yayıldı. Halbuki, heç biri doğru deyildi. Həmin məlumat və fotoların silinməsi üçün məhkəməyə müraciət etdim, sonuncu məhkəmə 25 noyabrda baş tutdu. Qərar verildi ki, həmin xəbərlər, fotolar saytların arxivindən silinsin.

Əziz media nümayəndələri, sizə gələn məktub da bununla bağlıdır. Məhkəmənin qərarına əməl edib həmin məlumatları arxivinizdən silin. Hamınız mənim üçün dəyərlisiniz".


Etiketlər:  Şəbnəm şəkilləri sildirmək istəyir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ