Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsveçdə çempion məlum oldu

İsveçdə çempion məlum oldu

Tarix: 5 Dekabr 2021 16:02

İsveç çempionatının qalibi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Malmö" 30-cu turda doğma meydanda "Halmstad"la oyundan qolsuz heç-heçə etməklə xallarının sayını 59-a çatdırıb. 

"Malmö" ilə yanaşı, AİK də çempionatı 59 xalla bitirib. Bu komanda həlledici turda doğma meydanda "Sirius"dan üstün olub - 4:2. Şəxsi oyunlarda üstün olan "Malmö" çempionluğu rəsmiləşdirib. AİK isə gümüş medallarla kifayətlənib.

Bürünc medalları "Yurqarden" qazanıb. 

Qeyd edək ki, "Malmö" tarixində 22-ci dəfə İsveç çempionu olub.

Milli.Az


Etiketlər:  İsveçdə çempion məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ