Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 22:15
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, 1980-ci ildən 2014-cü ilə qədər şəkərli diabetdən əziyyət çəkən insanların sayı 4 dəfə artıb.
ÜST ekspertlərinin fikirinə görə, 2030-cu ildə şəkərli diabet dünyada əsas ölüm səbəblərindən biri olacaq.
Alimlər bunu insanların həyat tərzinin və qidalanmasının dəyişilməsi ilə əlaqələndirir. Müasir insanlar daha az hərəkət edir və çoxlu miqdarda karbohidratlar və yağlarla zəngin olan qidalar qəbul edir.
Əvvəllər 2-ci tip diabetə yalnız böyüklərdə və əksər hallarda 40 yaşından cavan olmayan insanlarda rast gəlinirdi. Son illərdə bu xəstəlik tez-tez cavan insanlarda və hətta uşaqlarda aşkar olunur. Erkən yaşlardan düzgün qidalanmayan, azhərəkətli həyat tərzi sürən və piylənməyə meylli olan uşaqlarda 2-ci tip diabetin inkişafı riski çox yüksək olur.
Alimlər diabetin riskini azaltmaq üçün sağlam həyat tərzi sürməyi, sağlam qidalanmağı və idmanla məşğul olmağı tövsiyə edirlər.